Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək

Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək Sənətçilər qonşu ölkədə Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəklər
İncəsənət
25 iyun 2017 16:39
Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək

Bakı. 25 iyun. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına qastrol səfərinə gedəcək.

"Report" xəbər verir ki, teatrın direktoru Tofiq Heydərov kollektivin İran İslam Respublikasının Dram Sənəti Mərkəzi tərəfindən bu ölkəyə dəvət olunduğunu bildirib.

İyunun 29-dan iyulun 1-ə kimi nəzərdə tutulan səfər zamanı Lənkəran sənətçiləri qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəklər.

Orphus sistemi