Latviya muzeyinin direktoru: "Qarabağ xalçaları tarixi danışır"

Latviya muzeyinin direktoru: "Qarabağ xalçaları tarixi danışır" Latviyanın Qulben rayonunun Tarix və İncəsənət Muzeyi Azərbaycanda xalçaçılıq sənətini araşdırmış tanınmış latviyalı rəssam Yulius Straumeyə həsr olunmuş kitab nəşr etdirməyi planlaşdırır.
İncəsənət
421
22 Oktyabr , 2021 18:43
Latviya muzeyinin direktoru: Qarabağ xalçaları tarixi danışır

Latviyanın Qulben rayonunun Tarix və İncəsənət Muzeyi Azərbaycanda xalçaçılıq sənətini araşdırmış tanınmış latviyalı rəssam Yulius Straumeyə həsr olunmuş kitab nəşr etdirməyi planlaşdırır.

Bunu “Report”a Qulben rayonunun Tarix və İncəsənət Muzeyinin direktoru Valda Vorza bildirib.

“Biz kitab nəşr etdirməyi və Azərbaycan ilə birgə layihələr həyata keçirməyi, Latviya rəssamlarının Azərbaycanda sərgilərinin təşkilini davam etdirməyi planlaşdırırıq. Bütün bunlar ölkələr arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək”, - o bildirib.

Vorza Azərbaycana ikinci dəfə səfər etdiyindən çox məmnun olduğunu etiraf edib. O qeyd edib ki, bu dəfə Azərbaycanı və Latviyanı ötən əsrin əvvəllərində 16 il Qafqazda, o cümlədən Azərbaycanda yaşayıb-yaratmış latviyalı tətbiqi incəsənət ustası Yulius Straumenin yaradıcılığı bir araya gətirib. Latviyalı rəssam Şuşa şəhərində tətbiqi incəsənətdən dərs deyib. Orada o, Qarabağ xalçalarının şəkillərini çəkib və xalçaçılığın bütün incəliklərini, o cümlədən Azərbaycanın bu regionunun xalçalarına xas ornamentlərin özünəməxsusluğunu öyrənib.

“Nəşr etdirməyi planlaşdırdığımız kitab Yulius Straumenin Şərq motivlərindən istifadə etdiyi işlərinə həsr olunacaq. Azərbaycanda yaşadığı müddət ərzində o, xalçaçılıq sənətinə yiyələnmiş və hətta özü 10 xalça toxuyaraq, onların dizaynını düşünmüşdür”, - o qeyd edib.

“İncəsənət və mədəniyyət Azərbaycan və Latviya xalqları arasında ən dayanıqlı körpüdür. İnsanlar Qarabağ xalçalarında, bu ornamentərdə, bu rənglərdə xalqın mahiyyətini, adət və ənənələrini əks etdiriblər. Qarabağ xalçaları tarixi danışır, həmin dövrün həyatı və məişəti haqqında məlumat verirlər. Bu, əvəzolunmaz qiymətə malikdir”, - o qeyd edib.

Vorza Qulben rayonunun Tarix və İncəsənət Muzeyinin kolleksiyasının Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunacağını əlavə edib.

“Sərgidə Latviyada toxunan tətbiqi incəsənət nümunələrinin, Yulius Straumenin dizaynı əsasında toxunmuş xalçaların replikalarının, həmçinin maraqlı çini məmulatların nümayiş etdiriləcəyi gözlənilir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi