Kukla Teatrında iki sözsüz tamaşanın premyerası olacaq

Kukla Teatrında iki sözsüz tamaşanın premyerası olacaq Hər iki tamaşada aktyor Rəhim Rəhimov rol alıb
İncəsənət
27 Aprel , 2016 09:42
Kukla Teatrında iki sözsüz tamaşanın premyerası olacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov iki yeni tamaşada çıxış edəcək.

Bu barədə "Report"a  aktyor özü məlumat verib.

Onun sözlərinə görə, hər iki sözsüz tamaşa böyüklər üçün nəzərdə tutulub: "İki yeni tamaşanın hazırlıqları bitib. Aprelin 27-28-də tamaşaların premyerası olacaq. Birinci tamaşa "Melodiya" adlanır. Eksperimental, sözsüz tamaşadır. Tamaşa iki paltar - qadın və kişi libasının sevgisindən bəhs edir. Tamaşada teatrımızın aktrisası Samira Nəcəfova ilə birgə çıxış edəcəyik. Tamaşada Vaqif Mustafazadənin musiqiləri səslənəcək. Tamaşaçılarımıza təqdim edəcəyim ikinci əsər isə "Zəng" adlanır. Bu, mono-tamaşadır. Əsər qoca kişinin həyatından, yaşadığı çətinliklərdən bəhs edir".

Hər iki tamaşanın müəllifi və rejissoru, Kukla Teatrının baş rejissoru Qurban Məsimovdur.

Qeyd edək ki, tamaşalar Kukla Teatrında saat 18.00-də nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi