Kukla Teatrında “Durna balığının əmri ilə” tamaşasının premyerası keçirilib

Kukla Teatrında “Durna balığının əmri ilə” tamaşasının premyerası keçirilib Tamaşanı teatrın rejissoru Anar Məmmədov səhnələşdirib quruluş verib
İncəsənət
30 Sentyabr , 2017 18:09
Kukla Teatrında “Durna balığının əmri ilə” tamaşasının premyerası keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni mövsümün ilk premyerası keçirilib.

"Report" xəbər verir ki, bu dəfə məşhur rus xalq nağılı “Durna balığının əmri ilə”yə müraciət edən teatrın yaradıcı heyəti balaca teatrsevərlərə klassik kukla teatrı estetikasında bir səhnə işi təqdim etməyə çalışıb.

Nağılın motivləri əsasında hazırlanan “Durna balığı” adlı bu tamaşa teatrın rus bölməsi üzrə hazırlanıb.

Teatrdan bildirilib ki, mütəmadi Azərbaycan bölməsi ilə yanaşı rusdilli tamaşaçıların da marağını nəzərə alan teatrda bu dildə də rəngarəng səhnə işləri ərsəyə gətirilir.

Tamaşanı teatrın rejissoru Anar Məmmədov səhnələşdirib quruluş verib. Səhnə işinin quruluşçu rəssamı Əşfan Əsədovadır. 

Tamaşada teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. 

Qeyd edək ki, bu üçlük ümumilikdə tamaşada 7-dən artıq personajı canlandırmaqla eyni zamanda iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi