Kukla Teatrı mövsümə yekun vurub

Kukla Teatrı mövsümə yekun vurub Teatr mövsümə fransız şairi və tənqidçisi Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası ilə yekun vurub
İncəsənət
8 İyul , 2015 11:42
Kukla Teatrı mövsümə yekun vurub

Bakı. 8 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümə fransız şairi və tənqidçisi Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası ilə yekun vurub. 

"Report" xəbər verir ki, iyulun 3-dən etibarən uşaqların sevimli məkanında dünya uşaq ədəbiyyatının görkəmli nümayəndəsinin əsəri əsasında hazırlanan yeni tamaşa nümayiş etdirilib. 

Tamaşanın rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə əsərində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman, Rəhilə İbadova və başqaları oynayıb. 

Qeyd edək ki, teatr yeni mövsümünün açılışını da məhz bu tamaşa ilə edəcək.

Son xəbərlər

Orphus sistemi