Bakı. 7 iyun. REPORT.AZ/ “Köşk” bədii filminin çəkilişlərinə başlanıb.
“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilir.
Romantik komediya janrında olan tammetrajlı filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin - azərbaycanlı Azər və gürcü qızı Leylanın arasındakı sevgi əhvalatından bəhs edir.
Filmin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov və Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüsseri Azər Quliyev, prodüsseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.