“Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə” keçirilib

“Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə” keçirilib Musiqili Teatrın aktrisası müsabiqədə mükafat qazanıb
İncəsənət
26 May , 2016 15:41
“Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə” keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının balet artisti Cəlalə Novruzlu Qəmər Almaszadə adına “Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də üçüncü yeri tutub. 

Bu barədə "Report"a Musiqili Teatrından məlumat verilib.

Xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən SSRİ xalq artisti Qəmər Almaszadə adına “Klassik və milli rəqs üzrə Birinci Beynəlxalq Müsabiqə”də Azərbaycan da daxil olmaqla, Rusiya, Ukrayna, Qazaxıstan, Litva və İrandan olan balet ustaları iştirak ediblər.

Müsabiqənin münsiflər heyətində xalq artistləri Rəfiqə Axundova, Afaq Məlikova, Rusiyanın xalq artisti Dikalu Muzakayev, Litvanın əməkdar artisti Petras Skirmantas və Azərbaycanın əməkdar mədəniyyət işçisi Dilarə Əliyeva təmsil olunub.

Son xəbərlər

Orphus sistemi