Kinorejissor Fikrət Əliyevin müalicəsi ev şəraitində davam edir

Kinorejissor Fikrət Əliyevin müalicəsi ev şəraitində davam edir Səadət Nəbiyeva: "Atam normal danışır, eşidir, qidalanır"
İncəsənət
110
15 Yanvar , 2016 15:17
Kinorejissor Fikrət Əliyevin müalicəsi ev şəraitində davam edir

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin səhhəti qənaətbəxşdir.

Kinorejissorun qızı Səadət Nəbiyeva "Report"a bildirib ki, atasının müalicəsi ev şəraitində davam edir: "Əvvəllərlə müqayisədə indi vəziyyəti normaldır. Normal danışır, eşidir, qidalanır. Eşitməsi ilə bağlı bir müddət əvvəl problem yaranmışdı. Hazırda problem aradan qalxıb. Çox gümrah görünməsə də, Allahdan ümidimizi kəsmirik". 

Qeyd edək ki, ötən ilin sonunda F.Əliyevin vəziyyəti kəskin pisləşmişdi və bir müddət xəstəxanada müalicə olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi