İçərişəhərdə keramika üzrə simpozium keçirilib

İçərişəhərdə keramika üzrə simpozium keçirilib “Beynəlxalq duet: keramika üzrə simpozium” adlı yeni layihənin təqdimatı olub
İncəsənət
17 Fevral , 2016 20:11
İçərişəhərdə keramika üzrə simpozium keçirilib

Bakı. 17 fevral. REPORT.AZ/ İçərişəhərdəki Keramika Mərkəzində Azərbaycan İncəsənət Konsulluğunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Beynəlxalq duet: keramika üzrə simpozium” adlı yeni layihənin təqdimatı olub.

"Report" xəbər verir ki, simpozium keramika ustaları – azərbaycanlı Mirteymur Məmmədov və qazaxıstanlı Artyom Qorislavetsin iştirakı ilə keçirilib.

Təqdimatda iştirak edən paytaxt sənətsevərləri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd edək ki, tanınmış rəssam, keramika ustası və heykəltəraş Mirteymur Məmmədov İçərişəhərdəki yaşayıb-yaratdığı evini Keramika Mərkəzinə çevirib. Layihə 18 gün davam edəcək. Fevralın 28-də həmin əsərlərdən ibarət sərgi təşkil olunacaq.

Xatırladaq ki, simpozium Azərbaycan İncəsənət Konsulluğunun sayca ikinci tədbiridir. Duet-simpozimun ilk tədbiri Mirteymur Məmmədovun ötən il Qazaxıstana səfəri zamanı olub.

Son xəbərlər

Orphus sistemi