"Kəklikotu" kino-komediyası ən çox bəyənilən filmlər sırasındadır

"Kəklikotu" kino-komediyası ən çox bəyənilən filmlər sırasındadır Bakı. 26 dekabr. REPORT.AZ/ Cinemazadeh studiyasının istehsalı olan Kəklikotu kino-komediyası ən çox bəyənilən filmlər sırasında yer alır.
İncəsənət
2639
26 Dekabr , 2017 20:55
Kəklikotu kino-komediyası ən çox bəyənilən filmlər sırasındadır

Bakı. 26 dekabr. REPORT.AZ/ "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyası ən çox bəyənilən filmlər sırasında yer alır.

"Report" xəbər verir ki, 20-dən çox  aktyor, muğənni və rejissor kimi məşhur simaları bir araya toplayan ekran işini izləyən tamaşaçılar film haqqında müsbət fikirlər səsləndiriblər.

Tamaşaçı marağının çox olması ilə əlaqədar artıq bir sıra kinoteatrlarda biletlər satılıb.

Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Qeyd edək ki, film "Ganjlik Mall"da, "28 Mall"da, "Aygun Mall"da, "Khamsa Park"da ("Ganja"), "Amburan Mall"da, "Azerbaijan Cinema"da nümayiş etdirilir.

Son xəbərlər

Orphus sistemi