Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib O, ilk dəfə 1975-ci ildə “Dünyanın sonu” filmində rol alıb
İncəsənət
16 Avqust , 2017 19:33
Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

Bakı. 16 avqust. REPORT.AZ/ Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış aktrisası Vera Qlaqoleva 61 yaşında ABŞ-da vəfat edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə onun rəfiqəsi, aktrisa Larisa Quzeyeva məlumat verib.

Rusiyanın xalq artisti Vera Qlaqolevanın ölümünün səbəbi hələlik məlum deyil. O, 1956-cı il yanvarın 31-də Moskvada doğulub. İlk dəfə 1975-ci ildə “Dünyanın sonu” filmində rol alıb.

1985-ci ildə “Kapitana ərə get” filmindəki baş rola görə “Sovet ekranı” jurnalının “1986-cı ilin ən yaxşı aktrisası” adına layiq görülüb.

O, İvan Turgenevin eyniadlı pyesi əsasında 2014-cü ildə çəkilən “İki qadın” filmində sonuncu dəfə rol alıb. 

Son xəbərlər

Orphus sistemi