Kanadalı caz ifaçısı Bakıda konsert verəcək

Kanadalı caz ifaçısı Bakıda konsert verəcək Diana Kroll oktyabrın 25-də Beynəlxalq Bakı Caz Festivalının açılışında çıxış edəcək
İncəsənət
3 Oktyabr , 2015 16:04
Kanadalı caz ifaçısı Bakıda konsert verəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Kanadanın tanınmış caz ifaçısı, pianoçu, beş "Qremmi" mükafatının sahibi Diana Kroll oktyabrın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

Tanınmış caz ifaçısının Bakı konserti Beynəlxalq Bakı Caz Festivalının açılışında baş tutacaq.

Qeyd edək ki, Diana Kroll 1964-cü ildə Kanadada musiqiçi ailəsində anadan olub. 1981-ci ildə Vankuverdə keçirilən caz festivalının qalibi olub. Caz festivalının qalibi kimi Boston Musiqi Kollecində təhsil almaq üçün təqaüd qazanıb.

Son xəbərlər

Orphus sistemi