"İrəvan xalçalarında ilmələrin rəqsi" bədii - sənədli filmi təqdim olunub

"İrəvan xalçalarında ilmələrin rəqsi" bədii - sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində "İrəvan xalçalarında ilmələrin rəqsi" bədii – sənədli filminin təqdimat mərasimi baş tutub.
İncəsənət
6 aprel 2025 17:11
İrəvan xalçalarında ilmələrin rəqsi bədii - sənədli filmi təqdim olunub

Nizami Kino Mərkəzində "İrəvan xalçalarında ilmələrin rəqsi" bədii – sənədli filminin təqdimat mərasimi baş tutub.

"Report" xəbər verir ki, tədbirdə rəsmilər, sənət adamları, Milli Məclisin deputatları, ictimai birliklərin üzvləri və s. şəxslər iştirak edib.

Filmin təqdimatından öncə çıxış edən Milli Məclis sədrinin müavini Musa Qasımlı İrəvanın tarixindən və Azərbaycan üçün onun irsinin öyrənilməsinin vacibliyindən danışıb:

"Bizim millət dünya mədəniyyəti yarada bilən xalqdır. Hər millət bu gücə sahib deyil. Azərbaycan mədəniyyətinin beşiklərindən biri İrəvandır. Bu səbəbdən bu irsin öyrənilməsi Azərbaycan üçün həm sosial həm də, iqtisadi baxımdan önəmlidir".

Sonra çıxış edən “Qeyd” İctimai Birliyinin baş katibi Aysel Tahirova layihənin İrəvan xalçaçılıq məktəbinin qorunması və tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb:

"Layihənin əsas məqsədi İrəvan xalçaçılıq ənənələrinin qorunması, xalçalar üzərində əks olunan milli-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması və bu sahəyə olan marağın artırılmasıdır".

Tədbirin davamında “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov mədəni irsin təbliğində və filmin ərsəyə gəlməsində xüsusi rolu olan şəxsləri təltif edib.

Son xəbərlər

Orphus sistemi