Türkiyədə azərbaycanlı rejissorun filmi nümayiş olunub

Türkiyədə azərbaycanlı rejissorun filmi nümayiş olunub Azərbaycan film sektorunun daha bir məhsulu olan, İkinci dünya müharibəsi vaxtı Qarabağdan çıxan insanların həyatından bəhs edən “Bura mənim evimdir” adlı filmi Türkiyədə təqdim olunub.
İncəsənət
15 Dekabr , 2023 11:37
Türkiyədə azərbaycanlı rejissorun filmi nümayiş olunub

Azərbaycan film sektorunun daha bir məhsulu olan, İkinci Dünya Müharibəsində Qarabağı tərk edən şəxsin və onun nəvəsinin həyatından bəhs edən “Bura mənim evimdir” adlı film Türkiyədə təqdim olunub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, təqdimat Ege Universitetinin Jurnalistika fakültəsinin konfrans salonunda baş tutub.

Filmin rejissoru Nicat Cəlilov, baş rolunu oynayan aktyor isə Ceyhun Qarabağlıdır.

Təqdimatda iştirak edən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin müşaviri Nəsimi Nərimanov bildirib ki, film İkinci Dünya Müharibəsi vaxtı Qarabağdan çıxan insanın həyatından bəhs edir.

N. Nərimanovun sözlərinə görə, filmin bütün dünyada nümayişi planlaşdırılır.

Qeyd edək ki, filmin ssenarisinə görə, o illərdə Qarabağdan çıxan Cavanşir Qarabağlı müharibədən sonra Azərbaycana qayıtmır. Türkiyə, Misir, İtaliya və ABŞ-a gedir. Onun nəvəsi illər sonra Qarabağa gedir, ata torpağında olur.

Son xəbərlər

Orphus sistemi