Metal və dəmir ustası da olan heykəltəraş Casalletto son 5 ildir maraqlandığı sufizmi əks etdirən əsərlərdən ibarət sərgisini sənətsevərlərə təqdim edib.
"Report"-un Anadolu Agentliyi-nə istinadən verdiyi məlumata görə, sərginin açılışına Türkiyənin Vatikan Səfiri Mehmet Paçacı başda olmaqla çox sayda Türk və İtalyan qonaq qatılıb.
Casalletto, Yunus Emre İnstitutunda açılan fərdi sərgisindən məmnun olduğunu dilə gətirərək: "5 il əvvəl güclü mənəviyyata malik olan bir müəllim ilə tanış oldum və o mənə sufizm haqqında danışdı. Mən də özümü bunları anlamağa həsr etdim. Allahdan və sevgidən söz açırdı ki, çox maraqlı, cəlbedici söhbətlər idi. Beləliklə 5 il əvvəl başladı hər şey və mən sufizmlə bağlı işə başlamağı qərara aldım".
Memar həmçinin qeyd edib ki, dəmir və metaldan faydalandığı əsərlərində diqqət çəkmək üçün ağ rəngi seçib.