Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında təmir işləri başlayıb.
Bunu “Report” a açıqlamasında teatrın mətbuat katibi Teymur Bayramov deyib.
O bildirib ki, əsaslı şəkildə təmir olunan bina 2020-ci ilin dekabrın 25-də təhvil verilməlidir: "Təmir işləri getdiyinə görə, elə həmin ərazidən teatr üçün müvəqqəti yer ayrılıb. Tamaşalarımız isə Mədəniyyət Nazirliyinin göstərişi ilə digər teatrların səhnələrində təqdim olunur. Teatr mövsümü iyulda bağlanır. Məşqlər davam edir deyə, mövsümün hansı tamaşa ilə bağlanacağı dəqiqləşməyib”.
Qeyd edək ki, Prezident
Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb.