İranda “Dədə Şəmşir “ festivalı keçiriləcək

İranda “Dədə Şəmşir “ festivalı keçiriləcək Festivala hazırlıq işləri 3 ay davam edib
İncəsənət
135
12 May , 2016 18:33
İranda “Dədə Şəmşir “ festivalı keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ Mayın 24-də İranın paytaxtı Tehran şəhərinin “Bəharan” mədəniyyət musiqi salonunda Dədə Şəmşirin adına beynəlxalq aşıq musiqisi festivalı keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri aşıq Səlcuq Şəhbazinin verdiyi məlumata görə, bu tədbirə İranın bütün bölgələrindən aşıqlar qrupu dəvət olunub. Bu festivalda qardaş Türkiyədən, Azərbaycandan, Gürcüstandan aşıqlar çıxış edəcək və şeirlər də əsasən Dədə Şəmşirdən olacaq.

Festivala hazırlıq işləri 3 ay davam edib.

İran Aşıqlar Birliyinin sədri Aşıq Şəhbazinin verdiyi məlumatda göstərilir ki, festivalda 6 ustad aşıq “Dədə Şəmşir” diplomu ilə təltif ediləcək. Festivala dövlət adamları, nazirlər, nazir müavinləri, millət vəkilləri, şəhər rəsmiləri və İrandakı səfirlər də dəvət olunub. 

Son xəbərlər

Orphus sistemi