İnarə Babayeva Belarus Teatrının səhnəsində çıxış edəcək

İnarə Babayeva Belarus Teatrının səhnəsində çıxış edəcək O, Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşasında Cilda partiyasını ifa edəcək
İncəsənət
133
4 Aprel , 2017 20:51
İnarə Babayeva Belarus Teatrının səhnəsində çıxış edəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, əməkdar artisti İnarə Babayeva aprelin 8-də Belarus Teatrının səhnəsində çıxış etmək üçün dəvət olunub. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İnarə Babayeva Minskdə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşasında Cilda partiyasını ifa edəcək. 

Tamaşada onun tərəf müqabillərindən biri - Riqoletto rolunda adı Bakı tamaşaçılarına yaxşı tanış olan Vladimir Qromov çıxış edəcək. Hersoq rolunu ifa etmək üçün Lvov Milli Operasının solisti Mixail Malafiy dəvət olunub. 

Tamaşanın dirijoru İtaliyalı maestro Canluka Marçianidir.

Qeyd edək ki, azərbaycanlı vokalçının iştirak edəcəyi bu tamaşa Belarusun görkəmli opera müğənnisi, xalq artisti Yuri Bastrikovun xatirəsinə həsr olunub. 

Son xəbərlər

Orphus sistemi