I Avropa Oyunlarına həsr olunan "Zamanın rəngləri" sərgisi keçiriləcək

I Avropa Oyunlarına həsr olunan "Zamanın rəngləri" sərgisi keçiriləcək Sərgidə Azərbaycanın tanınmış rəssamlarının əsərləri nümayiş etdiriləcək
İncəsənət
9 İyun , 2015 12:41
I Avropa Oyunlarına həsr olunan Zamanın rəngləri sərgisi keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ "Qalereya 1969" qalereyasında "Bakı 2015" I Avropa Oyunlarına həsr olunan "Zamanın rəngləri" sərgisi keçiriləcək. 

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə iyunun 10-da keçiriləcək sərgidə Azərbaycanın tanınmış rəssamlarının əsərləri nümayiş etdiriləcək. 

Sərgidə Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqalarının əl işləri təqdim olunacaq. 

Sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan bu qalereyanın kolleksiyasında illər ərzində toplanan, son dərəcə böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.

Əsərlərin işlənmə texnikası, orijinal bədii və kompozisiya həlli, koloriti onların hər birinin mənsub olduğu janrda böyük ustalıqla işləndiyini göstərir. Bu əsərlər ötən əsrdə yaradılıb.

Son xəbərlər

Orphus sistemi