“Hörümçək-adam” xarakterinin yaradıcılarından biri dünyasını dəyişib

“Hörümçək-adam” xarakterinin yaradıcılarından biri dünyasını dəyişib Bakı. 7 iyul. REPORT.AZ/ “Hörümçək-adam” xarakterinin yaradıcılarından biri olan məşhur amerikalı yazar Stiv Ditko dünyasını dəyişib.
İncəsənət
7 İyul , 2018 10:42
“Hörümçək-adam” xarakterinin yaradıcılarından biri dünyasını dəyişib

Bakı. 7 iyul. REPORT.AZ/ “Hörümçək-adam” xarakterinin yaradıcılarından biri olan məşhur amerikalı yazar Stiv Ditko dünyasını dəyişib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 90 yaşlı yazar Nyu-Yorkda, evində ölü tapılıb.

Çexoslovak mənşəli amerikalı sənətçi 1955-ci ildə komikslərlə bağlı məşhur “Marvel Comics” nəşriyyatında işə başlayıb. Ditko “Hörümçək-adam”, “Doktor Strenc”, “Kapitan Atom”, “Ted Kord”, "Sürünən" kimi simvolların yaradıcılarından biridir.

Məlumata görə, o, heç vaxt ailə həyatı qurmayıb və övladı yoxdur.

Son xəbərlər

Orphus sistemi