Hollandiyada Van Qoqun naməlum rəsm əsəri tapılıb

Hollandiyada Van Qoqun naməlum rəsm əsəri tapılıb Rəsm əsərinin həqiqiliyini müəyyən etmək üçün bir il vaxt lazım gələcək
İncəsənət
1179
18 Yanvar , 2019 12:12
Hollandiyada Van Qoqun naməlum rəsm əsəri tapılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Hollandiyada Vinsent Van Qoqun naməlum rəsm əsəri tapılıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Van Qoqun olduğu güman edilən əsər rəssamın Drente şəhərindəki ev-muzeyinə verilib. Rəsm əsəri Van Qoqun üslubuna çox oxşardır, əsərin küncündə isə "Vinsent" imzası var.

Bununla belə, rəsm əsərinin həqiqiliyini müəyyən etmək üçün bir il vaxt lazım gələcək.

Son xəbərlər

Orphus sistemi