Mayın 10-da
Heydər Əliyev Fondundan "Report"a verilən məlumata görə, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək.
Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.
Tədbirə giriş sərbəstdir.
Qeyd edək ki, “Rast” qrupu 1993-cü ildə yaradılıb, bədii rəhbəri Əməkdar artist Rəşad Haşımovdur. Pop, rok, caz və milli musiqi janrlarının sintezi qrupa böyük tamaşaçı auditoriyası qazandırıb. ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Sinqapur, Türkiyə, İsveçrə, Mərakeş və digər ölkələrdə çıxış edib.
“S-BROTHER-S” rusiyalı əkiz qardaş – Ruslan və Sergey Smirnovlardan ibarət unikal DJ layihəsidir. 2008-ci ildən bütün Rusiyanı gəzib, Portuqaliyadan Çinədək bir çox ölkələrdə qastrollarda olub. “S-BROTHER-S” çılğın enerjisi, özünəməxus üslubu və səhnədəki ekspressiv təqdimatı ilə məşhurluq qazanıb.