Heydər Əliyev Sarayında "Nağıl qəhrəmanlarının səyahəti" adlı şənliklər keçiriləcək

Heydər Əliyev Sarayında "Nağıl qəhrəmanlarının səyahəti" adlı şənliklər keçiriləcək Uşaqlar üçün hazırlanan proqram yeni ildə baş tutacaq
İncəsənət
10 Noyabr , 2015 14:34
Heydər Əliyev Sarayında Nağıl qəhrəmanlarının səyahəti adlı şənliklər keçiriləcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında uşaqlar üçün "Nağıl qəhrəmanlarının səyahəti" adlı Yeni il şənlikləri keçiriləcək.

"Report" xəbər verir ki, şənliklər 2016-cı il yanvarın 2,3,4-də baş tutacaq. Tamaşada balacaları Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştləri gözləyir.

Bundan əlavə, sarayın səhnəsində quraşdırılan ən böyük əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcək. Bir çox başqa sürprizlər, bu Yeni il şənliklərini uşaqlar üçün maraqlı və yaddaqalan edəcək.

Hazırda nağıl-tamaşanın məşqləri gedir. Səhnədə 200-dən çox iştirakçısı olacaq nağıl-tamaşanın biletlərini şəhərin kassalarından əldə etmək olar.

Biletlər 5-25 manat arasında satışa çıxarılıb. Nağıl-tamaşa saat 13:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi