Heydər Əliyev Mərkəzində "Planetimizdəki həyat" sənədli filminin xüsusi nümayişi keçirilib

Heydər Əliyev Mərkəzində "Planetimizdəki həyat" sənədli filminin xüsusi nümayişi keçirilib "British Council", Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə dəstəyi ilə David Attenboronun "Planetimizdəki həyat" sənədli filminin xüsusi nümayişi keçirilib.
İncəsənət
10 Sentyabr , 2021 16:44
Heydər Əliyev Mərkəzində Planetimizdəki həyat sənədli filminin xüsusi nümayişi keçirilib

"British Council", Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə dəstəyi ilə David Attenboronun "Planetimizdəki həyat" sənədli filminin xüsusi nümayişi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, sentyabrın 9-da Heydər Əliyev Mərkəzində baş tutan nümayişdə Azərbaycan dövlət qurumlarının, özəl və ictimai təşkilatların, səfirliklərin və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, film bəşəriyyətin təbiətə təsirini və gələcək nəsillər üçün bir ümid mesajını özündə əks etdirir. David Attenboro filmdə öz həyatının müəyyən anlarını əks etdirir. O, Yer kürəsindəki təbiətin itkilərinə diqqət çəkmək və gələcəyə bir yol göstərmək üçün planetimizdəki həyatın təkamül tarixini izah edir.

Film 2020-ci il oktyabrın 4-dən etibarən "Netflix" tərəfindən bütün dünyada yayımlanır.

Son xəbərlər

Orphus sistemi