Həftəsonu Musiqili Teatrda 4 tamaşa nümayiş etdiriləcək

Həftəsonu Musiqili Teatrda 4 tamaşa nümayiş etdiriləcək Biletləri şəhərin bütün teatr-konsert kassaları və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar
İncəsənət
15 Dekabr , 2016 13:48
Həftəsonu Musiqili Teatrda 4 tamaşa nümayiş etdiriləcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında 4 tamaşa nümayiş etdiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, dekabrın 17-18-də saat 12:00 və 19:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), A.Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero), “Toya bir gün qalmış” (Ə.Səmədli) və “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin) tamaşalarının nümayişi baş tutacaq.

Qeyd olunub ki, Ş.Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri dekabrın 17-də saat 12:00-da Azərbaycan dilində, R.Şəfəq, V.Ziminin “Yağış göbələyinin macərası” tamaşası isə dekabrın 18-də saat 12:00-da rus dilində uşaqlar üçün nümayiş olunacaq.

Tamaşalarda xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Aydan Həsənova, Fərid Rzayev, Rauf Babayev, Əmrah Dadaşov, Güldanə Əzimova, Zarina Qurbanova, Elməddin Dadaşov çıxış edəcəklər.

Tamaşalara biletlərin qiyməti 6 manatdan başlayir. Biletləri şəhərin bütün teatr-konsert kassaları və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi