Harri Potter barədə epopeyanın müəllifi əsərini ekranlaşdıracaq

Harri Potter barədə epopeyanın müəllifi əsərini ekranlaşdıracaq Baş rolları Tom Bruk və Hollidey Qreyncer ifa edəcək serialın çəkilişləri başlayıb
İncəsənət
15 Noyabr , 2016 16:26
Harri Potter barədə epopeyanın müəllifi əsərini ekranlaşdıracaq

Bakı. 15 noyabr. REPORT.AZ/ Harri Potter barədə epopeyanın müəllifi olan məşhur britaniyalı yazıçı Coan Roulinqin qələmə aldığı romanı "The Cuckoo's Calling" ("Ququ quşunun çağırışı") ekranlaşdırılacaq.

"Report" NTV-yə istinadən xəbər verir ki, roman Əfqanıstanda yaralanan xüsusi xəfiyyə Karmoran Straykın bir modelin intiharını araşdırması haqqındadır.

Xəbərdə bildirilib ki, yazıçının "Robert Qolbreyt" ləqəbi ilə yazdığı kitab İngiltərədə ən çox satılan kitablardan biri olub.

Baş rolları Tom Bruk və Hollidey Qreyncerin ifa edəcəyi serialın çəkilişləri artıq başlayıb.

Son xəbərlər

Orphus sistemi