"Hacı Murad" əsəri səhnəyə qoyulacaq

"Hacı Murad" əsəri səhnəyə qoyulacaq Baş rolda xalq artisti Fuad Poladov çıxış edəcək
İncəsənət
167
20 İyul , 2015 11:47
Hacı Murad əsəri səhnəyə qoyulacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemət yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının səhnəsində Lev Tolstoyun "Hacı Murad" əsərinə quruluş verəcək.

Bu barədə "Report"a açıqlamasında Azərpaşa Nemət özü bildirib. O, "Hacı Murad" əsərinə çoxdan quruluş vermək istədiyini söyləyib: "Bu tamaşa "Şah Qacar"dan əvvəl səhnəyə qoyulmalı idi. Amma Fuad Poladovla "Şah Qacar" üzərində işlərə başladıq. "Hacı Murad" arxa plana keçdi. Yeni mövsümdə "Hacı Murad" əsəri üzərində yenidən işə başlayırıq. Baş rolda xalq artisti Fuad Poladov çıxış edəcək. Tamaşanın 2016-cı ilin fevral-mart ayında təhvil verilməsi gözlənilir"

Qeyd edək ki, görkəmli rus yazıçısı Lev Tolstoy "Hacı Murad" romanını 1896-1904-cü illərdə yazıb. Əsər yazıçının ölümündən sonra - 1917-ci ildə çap edilib.

Əsər Şeyx Şamilin silahdaşlarından olan Hacı Murada həsr edilib. Tolstoy romanı Krım müharibəsindən təsirlənərək yazıb.

Son xəbərlər

Orphus sistemi