Güney azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi olub

Güney azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi olub Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin Azərbaycan dilində çəkdiyi "Adım” (“My name”) adlı ekran əsəri "Ən yaxşı qısametrajlı sənədli film" mükafatına layiq görülüb.
İncəsənət
6 Yanvar , 2023 17:42
Güney azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi olub

Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin Azərbaycan dilində çəkdiyi "Adım” (“My name”) adlı ekran əsəri "Ən yaxşı qısametrajlı sənədli film" mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Flatnessawards.art” saytı yayıb.

Belə ki, “Flatness Film Awards” film festivalında ən yüksək bal toplayan bütün filmlər rəsmi müsabiqə üçün seçilir. Mövsümün ən yaxşısı isə azı üç münsif tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, M.Əlimuradi Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindəndir. O, jurnalistika üzrə bakalavr dərəcəsi alıb. O, bu müsabiqədən əvvəl Türkiyədə keçirilən “Qorqud Ata” Beynəlxalq Film Festivalında “Əkizlər” qısametrajlı sənədli ekran işinə görə “Ən yaxşı sənədli film” mükafatını qazanıb.

Xatırladaq ki, bu müsabiqədə Azərbaycan təmsilçisi Emil Babayevin də “Sonuncu Snayper” filmi finala çıxıb.

“Sonuncu snayper"in baş prodüseri Toğrul Hüseynov, rejissoru Emil Babayev və Vüqar Şıxəliyev, ssenari müəllifi və quruluşçu rəssamı Reza Fəllahiandır.

“Flatness Film Awards” müstəqil kino dünyasından həm yeni yaranan, həm də tanınmış beynəlxalq kinorejissorların diqqətə layiq hekayələrini bölüşmək məqsədi daşıyan beynəlxalq müstəqil film festivalıdır.

Hər mövsüm filmlər seçilib mükafatlandırılır. Məqsəd kinorejissorların ekran işlərini geniş izləyiciyə çatdırmaq, müzakirə üçün müstəqil platforma təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi