Gülyanaq Məmmədova ilk dəfə Leyli rolunu ifa edəcək

Gülyanaq Məmmədova ilk dəfə Leyli rolunu ifa edəcək Onun Məcnunu isə xalq artisti Mənsum İbrahimov olacaq
İncəsənət
6 Yanvar , 2015 09:27
Gülyanaq Məmmədova ilk dəfə Leyli rolunu ifa edəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 18-də Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun" operası gənc solistlərin ifasında nümayiş etdiriləcək.

 "Report" xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb.

Leyli rolunda Arzu Əliyeva, Məcnun rolunda isə Elnur Zeynalov çıxış edəcəklər. Hər iki solist bir neçə ildir Opera Teatrında çalışır. Müxtəlif muğam tamaşalarında rollar ifa edən gənc xanəndələrin Leyli və Məcnun rolunda debütü baş tutacaq.

Teatrdan verilən digər xəbərə görə, fevralın 1-də Opera Teatrının səhnəsində xalq artisti Gülyanaq Məmmədova Leyli rolunu ifa edəcək. Onun Məcnunu isə xalq artisti Mənsum İbrahimov olacaq.

Qeyd edək ki, hazırda tamaşaların məşqləri davam edir. 

Son xəbərlər

Orphus sistemi