Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək Bəhlul Seyfəddinoğlu: "Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi"
İncəsənət
13 Fevral , 2018 11:46
Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı / Report

Bakı. 13 fevral. REPORT.AZ/ Dramaturq, şair və nasir Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Bu barədə "Report"a açıqlamasında Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib.

O qeyd edib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq: "Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".

Xatırladaq ki, G.Cabbarlı bu gün vəfat edib.

Son xəbərlər

Orphus sistemi