Georgi Vitsinin anadan olmasının 100 ili tamam olub

Georgi Vitsinin anadan olmasının 100 ili tamam olub Məşhur aktyor 1917-ci il aprelin 18-də dünyaya gəlsə də, onun rəsmi doğum tarixi fərqlidir
İncəsənət
18 Aprel , 2017 17:13
Georgi Vitsinin anadan olmasının 100 ili tamam olub

Bakı. 18 aprel. REPORT.AZ/ SSRİ xalq artisti, rusiyalı teatr və kino aktyoru Georgi Vitsinin anadan olmasının 100 ili tamam olub.

"Report" xəbər verir ki, məşhur aktyor 1917-ci il aprelin 18-də dünyaya gəlsə də, onun rəsmi doğum tarixi 23 aprel 1918-ci ildir.

Sənədlərdə bu dəyişikliyin onun anası tərəfindən oğlunu yalnız aşağı yaş qrupuna qəbulun olduğu sağlamlaşdırma məktəbinə göndərmək məqsədilə edildiyi güman olunur. Başqa iddiaya görə, doğum tarixini aktyor özü aktyor studiyasına daha erkən qəbul olunmaq üçün dəyişdirib.

G.Vitsin milyonlarla tamaşaçının yaddaşında "Köpək Barbos və qeyri-adi qaçış" (1961), "Balzaminovun evlənməsi" (1964), "I əməliyyatı və Şurikin digər macəraları " (1965), "Uğur centlmenləri" (1971) və s. filmlərdəki rolları ilə qalıb.

Oynadığı rollara baxmayaraq, aktyor real həyatda nə içib, nə də çəkib, sağlam həyat tərzi sürüb, yoqların nəfəsalma gimnastikası ilə maraqlanıb.

Georgi Vitsin 2001-ci ilin oktyabrında Moskvadakı xəstəxanalardan birində vəfat edib. Aktyorun ölüm səbəbi qaraciyər və ürəyin xroniki xəstəliyi olub.

Son xəbərlər

Orphus sistemi