“Gəncə Mall”da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub - VİDEO

“Gəncə Mall”da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub - VİDEO Bakı. 18 iyun. REPORT.AZ/ Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi – “Gəncə Mall”da “CinemaPlus” premium kinoteatrının rəsmi açılışı baş tutub.
İncəsənət
2138
18 İyun , 2018 09:41
“Gəncə Mall”da “CinemaPlus” kinoteatrının rəsmi açılışı baş tutub - VİDEO

Bakı. 18 iyun. REPORT.AZ/ Gəncənin ən böyük ticarət-əyləncə mərkəzi – “Gəncə Mall”da “CinemaPlus” premium kinoteatrının rəsmi açılışı baş tutub.

"Report" xəbər verir ki, açılış günü kinoteatr xüsusi dekorasiya ilə bəzədilmişdi.

Qonaqlar üçün klassik musiqi müşaiyəti altında furşet təşkil olunub. 

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin İnkişafı Departamentinin rəisi Zaur Darabzadə, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Repertuar Planlaşdırılması Departamentinin rəisi, “Cinemazadeh” kino şirkətinin baş prodüsseri və “Cinema Distrubution” yayım şirkətinin baş direktoru Cəfər Axundzadə çıxış ediblər.

Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən, rəhbəri və baş prodüseri Arzu Əliyeva olan, “Bakı Media Mərkəzinin” Azərbaycanın uzun illərdən sonra yenidən müstəqillik qazanmağı haqqında bəhs edən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

Tədbirin növbəti hissəsində isə qonaqlar “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Kəklikotu” filmini izləyiblər. 

Tədbirin təşkilinə Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, Kolorit Kafe və Foto Galleryda köməklik göstərib. 

Qeyd edək ki, “CinemaPlus” yüksək parlaqlığa malik olan yeni nəsil “Barco” proyektorları və səs sistemləri ilə təchiz olunub. Kinoteatr 5 zal və 453 oturacaq yerindən ibarətdir. Bundan başqa “CinemaPlus” kinoteatrı GetD texnologiyasını tətbiq edir.

Kinoteatr Heydər Əliyev prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsində yerləşir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi