Gəncə teatrında "20 ildən sonra" əsəri əsasında tamaşa hazırlanır

Gəncə teatrında "20 ildən sonra" əsəri əsasında tamaşa hazırlanır Tamaşanın premyerası yeni teatr mövsümündə olacaq
İncəsənət
24 İyun , 2016 14:40
Gəncə teatrında 20 ildən sonra əsəri əsasında tamaşa hazırlanır

Bakı. 24 iyun. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "20 ildən sonra" əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir. 

Bu barədə "Report"a teatrın direktoru Əli Qasımov məlumat verib.

O bildirib ki, tamaşanın premyerası sentyabrın 15-16-da olacaq.

Ə.Qasımovun sözlərinə görə, Şəfaət Mehdiyevin M.Ə.Sabirə həsr etdiyi "Sabir" əsəri əsasında teatrda hazırlanan tamaşa üzərində iş yekunlaşıb: "Sadəcə quruluşçu rejissor İradə Gözəlova Musiqili Teatrda yeni əsər səhnəyə qoyub. Bu səbəbdən Bakıda olan rejissor Gəncəyə qayıdan kimi yeni əsərin premyerasını edəcəyik. Yəqin ki, iyunun sonunadək premyeranı keçirəcəyik". 

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrı iyulun 15-də teatr mövsümünə yekun vuracaq.

Son xəbərlər

Orphus sistemi