Gəncə Dövlət Dram Teatrında yeni mövsümün açılışı ilə əlaqədar olaraq "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası nümayiş olunub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, teatr bununla da yeni mövsümə başlayıb.
Tamaşaçılar pandemiya qaydalarına uyğun olaraq zala buraxılıblar.
Teatrın yeni mövsümə başlaması ilə bağlı çıxış edən şəhər rəsmiləri, ictimaiyyət və mədəniyyət nümayəndələri Gəncə teatrının Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.