Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 28-də mövsümə yekun vurub.
"Report" xəbər verir ki, teatr 87-ci mövsümü U.Şeksprin "Romeo və Cülyetta" tamaşası ilə bağlı elan edib.
"Romeo və Cülyetta" tamaşasının rejissoru, xalq artisti Cənnət Səlimovadır. Rollarda, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Mehriban Abdullayeva, əməkdar artistlər Şövqi Hüseynov, Nəsibə Eldarova, Nofəl Vəliyev, Nicat Kazımov və başqaları çıxış edib.
İyulun 1-dən teatrın qərb bölgəsinə qastrol səfəri başlayır.
Teatr M.F.Axundovun "Xırs Quldurbasan"komediyasını bölgə tamaşaçılarına təqdim edəcək.