Gənc Tamaşaçılar Teatrı “Hərarətli ürək” beynəlxalq festivalına hazırlaşır

Gənc Tamaşaçılar Teatrı “Hərarətli ürək” beynəlxalq festivalına hazırlaşır Teatr festivalda N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası ilə təmsil olunacaq
İncəsənət
10 Aprel , 2017 20:37
Gənc Tamaşaçılar Teatrı  “Hərarətli ürək” beynəlxalq festivalına hazırlaşır

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Beynəlxalq Teatr Festivalına hazırlaşır. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası ilə təmsil olunacaq. 

Festival İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Aprelin 17-dən - 25-dək davam edəcək festivalda  “Sfera” Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar da iştirak edəcəklər.

Doqquz gün ərzində davam edəcək festivalda N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanan 10 səhnə əsəri göstəriləcək.

Son xəbərlər

Orphus sistemi