Gənc Tamaşaçılar Teatrı Belarusda beynəlxalq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı Belarusda beynəlxalq festivalda iştirak edəcək Azərbaycan tədbirdə Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq
İncəsənət
23 İyun , 2017 15:09
Gənc Tamaşaçılar Teatrı Belarusda beynəlxalq festivalda iştirak edəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti mövsümün son beynəlxalq festivalına qatılmağa hazırlaşır. 

Teatrdan “Report”a verilən məlumata görə, iyunun 27-dən iyulun 3-dək kollektiv Belarusun Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək.

Azərbaycan beynəlxalq festivalda Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

Festival Belarus Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu ilki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin “Mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunur.

26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşada Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

“Kontrabas” tamaşası bir çox beynəlxalq festivalların qalibi olub. 

Son xəbərlər

Orphus sistemi