Gələn il böyük marağa səbəb olacağı gözlənilən filmlərin adları açıqlanıb - - SİYAHI

Gələn il böyük marağa səbəb olacağı gözlənilən filmlərin adları açıqlanıb - - SİYAHI Bakı. 21 dekabr. REPORT.AZ/ IMDb kinoresursu 2018-ci ildə böyük marağa səbəb olacağı gözlənilən filmlərin adlarını tərtib edib.
İncəsənət
21 Dekabr , 2017 13:25
Gələn il böyük marağa səbəb olacağı gözlənilən filmlərin adları açıqlanıb - - SİYAHI

Bakı. 21 dekabr. REPORT.AZ/ IMDb kinoresursu 2018-ci ildə böyük marağa səbəb olacağı gözlənilən filmlərin adlarını tərtib edib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, reytinqə aprelin sonlarında nümayiş olunacağı planlaşdırılan "Qısasçılar: Sonsuzluq müharibəsi" fantastik döyüş filmi başçılıq edib. 

"Marvel Kinematoqrafiya Kainatı"nın yeni işində Qısasçılar cinayətkar Tanos ilə mübarizə aparmaq üçün Qalaktikanın müdafiəçiləri və digər qəhrəmanlarla birləşirlər.

İkinci yerdə elə "Marvel"in komikslərinin motivləri əsasında çəkilən "Qara bəbir" filmi qərarlaşıb. Onun premyerası fevral ayına planlaşdırılır. Üçüncü sırada mayın 31-də kinoteatrlarda nümayiş etdiriləcək "Dedpul"un davamı qərarlaşıb.

"Top-10"a həmçinin "Yura dövrünün dünyası 2", "Tomb Raider: Lara Kroft", "Sakit okean həddi 2", "Yırtıcı", "Oueşinin 8 rəfiqəsi", "İcraolunmaz tapşırıq 6" və "Solo - Ulduz müharibələri hekayəsi" filmləri daxil olub.

Son xəbərlər

Orphus sistemi