"Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək

"Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək Biennaledə 7 ölkənin kukla ustaları iştirak edəcək
İncəsənət
26 Oktyabr , 2015 20:53
Fusion Doll III Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Noyabr 5-10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında "Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq.

"Report" xəbər verir ki, Biennalenin rəsmi açılış mərasimi noyabrın 5-də saat 18:30-da keçiriləcək. Tədbirə giriş yalnız dəvətnamə ilə, qalan günlərdə isə sərbəst olacaq. "Fusion doll" III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi - dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Biennaledə 7 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi