Fransada azərbaycanlı pianoçunun konserti keçirilib

Fransada azərbaycanlı pianoçunun konserti keçirilib Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti keçirilib.
İncəsənət
7 Yanvar , 2024 03:57
Fransada azərbaycanlı pianoçunun konserti keçirilib

Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konsertdə bu ölkənin ziyalıları, incəsənət xadimləri, musiqi həvəskarları iştirak ediblər.

Azərbaycanlı pianoçu S.Bax, P.Çaykovski, Qara Qarayev və digər bəstəkarların musiqilərini ifa edib.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə başa vuran E.Ələkbərzadə 2022-ci ildən təhsilini Paris şəhərindəki "Ecole Normale Alfred Cortot" məktəbində davam etdirir.

Son xəbərlər

Orphus sistemi