Fransada azərbaycanlı bəstəkarın yeni əsərinin təqdimatı olub - FOTO

Fransada azərbaycanlı bəstəkarın yeni əsərinin təqdimatı olub - FOTO Paris. 27 noyabr REPORT.AZ/ Fransanın Sunfhoffen şəhərində azərbaycanlı musiqiçi İlahə Ahuinin yeni mahnısının təqdimatı olub.
İncəsənət
27 Noyabr , 2018 02:07
Fransada azərbaycanlı bəstəkarın yeni əsərinin təqdimatı olub - FOTO

Paris. 27 noyabr REPORT.AZ/ Fransanın Sunfhoffen şəhərində azərbaycanlı musiqiçi İlahə Ahuinin yeni mahnısının təqdimatı olub.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, Sunfhoffen şəhər meriyası tərəfindən təşkil edilmiş konsertdə azərbaycanlı bəstəkar və müğənni İlahə Ahui ilk dəfə olaraq özünün bəstələdiyi və sözləri Karmen Kalbererə məxsus olan “Le jardin sercret“ (Sirli bağ) mahnısını ifa edib.

Tədbirdə azərbaycanlı müğənninin ifasında dahi bəstəkarımız Fərhad Bədəlbəylinin “Ave Maria“ mahnısı da səsləndirilib. Onun ifası böyük alqışlarla müşayiət olunub.

Xor qrupuna və orkestrə rəhbərlik edən İlahə Ahui öz möhtəşəm ifası ilə Azərbaycan musiqisini fransalılara sevdirən sənətçilərimizdəndir. Müğənni son konsertlərində Azərbaycan bəstəkarlarından Niyazinin “Arzu”, Tofiq Quliyevin “Arzular”, “Sevgilim” əsərlərini öz repertuarına daxil edib.

Son xəbərlər

Orphus sistemi