“Fitnə” filminin təqdimatı keçirilib

“Fitnə” filminin təqdimatı keçirilib Sənədli film Azərbaycanın digər təhsil müəssisələrində də təqdim olunacaq
İncəsənət
18 May , 2016 11:38
“Fitnə” filminin təqdimatı keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında “Fitnə” sənədli filminin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin sifarişi ilə çəkilən filmin təqdimat mərasimində akademiyanın rektoru Urxan Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, müəllimlər, tələbələr iştirak edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, rəhbəri olduğu qurum dini radikalizmə qarşı tədbirləri kəmiyyət və keyfiyyət baxımından yeni mərhələdə, ardıcıl və intensiv şəkildə həyata keçirir. Onun sözlərinə görə, dini radikalizmə qarşı mübarizə qurumun qarşısında duran əsas vəzifələrdən biridir.

M.Qurbanlı deyib ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac vardır: “Dövlət Komitəsi radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb. Mövzunun aktuallığı nəzərə alınaraq, filmə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxışların keçirilməsi planlaşdırlıb”.

Daha sonra filmə baxış keçirilib.

Qeyd edək ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, aydın şəkildə işıqlandırılır.  

İngilis versiyası 'Fitna' film presented

Son xəbərlər

Orphus sistemi