Firuz Səxavət solo-konsert verəcək

İncəsənət
  • 10 dekabr, 2015
  • 10:08
Firuz Səxavət solo-konsert verəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Məşhur xanəndə, muğam ifaçısı Firuz Səxavət solo-konsert proqramına hazırlaşır.

"Report" xəbər verir ki, xanəndə dekabrın 25-də "Rast" dəsgahı adlı solo-konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Milli Konservatoriyasında baş tutacaq konsertdə xanəndə muğamlar, xalq və bəstəkar mahnıları səsləndirəcək.

Qeyd edək ki, F.Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır. 

44 filmi