Fidan Hacıyeva mayda Azərbaycan, Britaniya və İsveçrədə konsert proqramı ilə çıxış edəcək

Fidan Hacıyeva mayda Azərbaycan, Britaniya və İsveçrədə konsert proqramı ilə çıxış edəcək Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva mətbuat konfransı keçirib.
İncəsənət
291
25 Aprel , 2018 16:55
Fidan Hacıyeva mayda Azərbaycan, Britaniya və İsveçrədə konsert proqramı ilə çıxış edəcək
Report

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəylinin son tələbələrindən biri olan Ədilə Hüseynzadənin nəvəsi Səbinə Əliyeva və tələbəsi Elnarə Dadaşova da iştirak edib.

F.Hacıyeva Ə.Hüseynzadənin əsərlərindən ibarət keçiriləcək konsertləri barədə məlumat verib: "Mayın 6-da Bakıda baş tutacaq ilk konsert 28 May - Respublika Gününə həsr olunub. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də İsveçrədə keçiriləcək. Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. Onun əsərləri sanki bu dövr üçün yazılıb".

Qeyd edək ki, konservatoriyanın vokal şöbəsində Bülbülün sinfində təhsil alan Ədilə Hüseynzadə daha sonra Üzeyir Hacıbəylinin sinfinə qəbul olub. O, simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. O həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib. 

Son xəbərlər

Orphus sistemi