"Əsrlərin Yaddaşı" adlı layihənin icrası başa çatıb

"Əsrlərin Yaddaşı" adlı layihənin icrası başa çatıb Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazrılanıb
İncəsənət
29 May , 2015 12:01
Əsrlərin Yaddaşı adlı layihənin icrası başa çatıb

Bakı. 29 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi "Bakı 2015" I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunan "Əsrlərin Yaddaşı"adlı layihənin icrasını başa çatdırıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, layihənin məqsədi I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir. 

Layihə çərçivəsində Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, milli mədəni dəyərlərin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılması ilə bağlı tədbir keçirilib. 

Çəkilən promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlagəyi, zinyət əşyaları, suvenir kuklaları və şiriniyyatı arasında olan əlaqələlər, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir ediləcək.

"Əsrlərin Yaddaşı" adlı promovideonun təqdimatı iyunun 4-də saat 15.00-da İçərişəhər Memarlıq Qoruğu, Muğam Klubunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi