Entoni Hopkins ən yaxşı aktyor kimi BAFTA mükafatına layiq görüldü

Entoni Hopkins ən yaxşı aktyor kimi BAFTA mükafatına layiq görüldü Britaniya aktyoru Entoni Xopkins "Ən yaxşı kişi rolu" nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb
İncəsənət
11 Aprel , 2021 23:58
Entoni Hopkins ən yaxşı aktyor kimi BAFTA mükafatına layiq görüldü
Entoni Hopkins

Britaniya aktyoru Entoni Hopkins "Ən yaxşı kişi rolu" nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, aktyor mükafatı rejissor Florian Zellerin "Ata" (“The Father”, 2020) dram filmindəki roluna görə qazanıb.

Bu, Entoni Hopkinsin üçüncü "bürünc maskası"dır. Daha əvvəl o "Kölgələr ölkəsi" (“Shadowlands”, 1993-cü il) və "Quzuların Sükutu" (“The Silence of the Lambs”, 1990-cı il) filmlərindəki rollarına görə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının mükafatlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi