Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Muzey Mərkəzində Bakı Milli Geyim Evinin təqdim etdiyi “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsinin açılışı olub.
"Report" xəbər verir ki, milli geyim dəfiləsində qadın, kişi və uşaq geyimləri nümayiş olunub. Dəfilədə 20 milli geyim nümayiş etdirilib.
Növbəti dəfilə martın 19-da Novruz bayram şənliyində olacaq və 50 milli paltar nümayiş etdiriləcək.