Elnarə Abdullayevanın solo-konserti olacaq

Elnarə Abdullayevanın solo-konserti olacaq Konsert martın 26-da Heydər Əliyev Sarayında keçiriləcək
İncəsənət
1564
19 Fevral , 2016 22:11
Elnarə Abdullayevanın solo-konserti olacaq

Bakı. 19 fevral. REPORT.AZ/ Martın 26-da Heydər Əliyev Sarayında Azərbaycanın əməkdar artisti, xanəndə Elnarə Abdullayevanın solo-konserti olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayı yayıb.

Konsert proqramında xanəndə muğamlar və təsniflər, xalq və bəstəkar mahnılarını ifa edəcək.

Biletlər şəhərin kassalarında satılır.

Biletlərin qiyməti 20-80 manatdır. 

Son xəbərlər

Orphus sistemi