"Dronqo" obrazını azərbaycanlı canlandıracaq

"Dronqo" obrazını azərbaycanlı canlandıracaq İlqar Muradov "Dronqo" rolunu ifa edəcək
İncəsənət
611
17 Noyabr , 2014 09:41
Dronqo obrazını azərbaycanlı canlandıracaq

Bakı.17 noyabr. REPORT.AZ/ Kinorejissor Yavər Rzayev "Xeyirlə şərin rəqsi" filminin çəkilişlərinə start verib. Film tanınmış yazıçı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanının motivləri əsasında çəkilir.

Bu barədə rejissor Yavər Rzayev "Report"a məlumat verib. Belə ki, filmin hazırlıq prosesinə avqust ayından başlanılsa da, baş rolda olan Dronqo obrazının ifaçısı tapılmamışdı. Yavər Rzayev Dronqo obrazına tanınmış fransız aktyoru Jan Renonu çəkməyi düşünürdü. Amma, fransız aktyorun tələb etdiyi qonorar rejissorun ekranlaşdıracağı filmin büdcəsində artıq olduğu üçün Yavər Rzayev Dronqonun Rusiya və Türkiyədə "axtarışına" çıxmşdı. Nəhayət, uzun "axtarışlardan" sonra rejissor Yavər Rzayev Dronqo obrazına əməkdar artist, müğənni İlqar Muradovu çəkməyi qərar verib. Onun sözlərinə görə, İlqar Muradovu başında şlyapa ilə yolda gedərkən görüb və onun əsl Dronqo olduğuna qərar verib. "Mənim təssəvvürümdə olan Dronqonun siması belədir."

Xatırladaq ki, "Xeyirlə şərin rəqsi" filmi Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında lentə alınır.

Son xəbərlər

Orphus sistemi