DOST Yaradıcılıq Mərkəzinin üzvləri Bakı muzeylərində ustad dərsindən faydalanıblar

DOST Yaradıcılıq Mərkəzinin üzvləri Bakı muzeylərində ustad dərsindən faydalanıblar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün tur təşkil edilib.
İncəsənət
19 İyun , 2022 12:07
DOST Yaradıcılıq Mərkəzinin üzvləri Bakı muzeylərində ustad dərsindən faydalanıblar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün tur təşkil edilib.

“Report” xəbər verir ki, Mərkəzin üzvləri Bakının mədəniyyət mərkəzləri sayılan muzeyləri ziyarət ediblər. Həssas qruplardan olan şəxslərin iştirak etdiyi ekskursiyada ilk dayanacaq Milli Xalça Muzeyi olub. Benefisiarlara Muzeydə nümayiş etdirilən Azərbaycan xalqının milli mədəniyyəti və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə bağlı məlumat verilib. Benefisiarlar rəssam və xalq sənətkarlarının nümunəvi əsərləri ilə də tanış olublar. Ekspozisiya ilə tanışlıqdan sonra "Kölgə" tamaşasına baxıblar, həmçinin "Özün rənglə" adlı ustad dərsindən faydalanıblar.

Tur çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan, Azərbaycanın daş plastikası tarixini əks etdirən Daş salnamə muzeyində də olublar. Onlara məlumat verilib ki, ekspozisiyada orta əsrə aid ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verən qiymətli daşlar qorunub saxlanılır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlıların Mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi